“Yanğın təhlükəsizliyinə dair maarifləndirmə və təlimlərin keçirilməsi önəmlidir”
Fövqəladə hallar zamanı əhalinin zərər çəkməməsi üçün onların öncədən maarifləndirilməsi vacib amildir. Bununla ticarət mərkəzlərində, əyləncə mərkəzlərində və digər iaşə obyektlərində hər hansı fövqəladə hal yarandıqda insanlar daha az xəsarət alar. Mühafizə üzrə ekspert Elmar Nurəliyevin fikrincə, Bakıda yerləşən ticarət obyektləri son model avadanlıqlarla təchiz olunub: “Bütün dövlət və özəl müəssisələr, iaşə və ticatət obyekləri FHN-nin yanğın təhlükəsizliyi haqqında qanunu, irad və tövsiyyələrinə əməl etməklə yanğın təhlükəsizliyi qaydalarına riayət etməlidir. Bakıda yerləşən ticarət mərkəzləri son model yanğın təhlükəsizliyi avadanlığı və texnikası ilə (yanğın şlanqları, yanğın hidrantları, yanğın dolabları, yanğın çıxışları, təxliyyə planı, tüstü və dumana qarşı datçiklər, fövqəladə vəziyyətdə hərəkət traparetləri, yanğın söndürən balonlar və s.) təchiz olunub” . 
E.Nurəliyev bildirib ki, FHN-nin əməkdaşları tərəfindən bu obyektlərdə mütəmadi olaraq yoxlama aparılır: “FHN tərəfindən mütəmadi olaraq yoxlamalar aparılır və aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün tədbirlər görülür. Təbii ki, burda əsəs maraqlı olan tərəfdə həmin obyeklərin özləridir. Onların da özlərində yanğın təhlükəsizliyinə nəzarət olunacaq bir mexanizmin olması lazımdır”.  

E.Nurəliyevin obyekt sahiblərinin də işçilərlə mütəmadi maarifləndirmə aparılmasının vacibliyini vurğulayıb: “Mütəmadi olaraq işçilərə təlimlərin keçirilməsini təşkil etmək, yanğın təhlükəsizliyinə dair maarifləndirmə aparmaq, yanğına qarşı avadanlıqların işlək və saz vəziyyətdə olmasını yoxlamaq, nasazlıq yaranarsa, vaxtında aradan qaldırmağı təşkil etməlidirlər. Bu təlimlərin keçirilməsi orda işçilərin fövqəladə vəziyyət zamanı yanğınla necə davranmaq lazım olduğu barədə anlayışları olacaq. İşçi bilməlidir ki, fövqəladə vəziyyətdə özümü qaçacaq, yoxsa  müştərinimi təhlükəsiz təxliyyə edəcək, yaxud dükanın və ya kafenin əmlakınımı qoruyacaq ya da ona yaxın yanğınsöndürmə balonunndan istifadə edib, yanğının söndürülməsinə kömək edəcək. Bunun üçün də işçilər yanğın söndürən balonlardan necə istifadə etmək lazım olduğunu bilməlidirlər ki, ondan düzgün istifadə edə bilsinlər”. 

E.Nurəliyevin sözlərinə görə yanğının ilk 10-15 dəqiqə müddətində  qarşısının alınması üçün tədbir görülərsə, törənə biləcək fəsadların səviyyəsini minumuma endirmək olar: “Ona görə maarifləndirmənin və təlimlərin keçirilməsi önəmlidir. Bundan başqa insanlarda ticarət mərkəzlərində, insanların çox cəmləşdiyi məkanlarda yanğın təhlükəsziliyinə əməl edilməlidir. Açıq alovdan istifadə etməməli, siqareti təyin olumuş yerdə çəkməli, tez alışan, partlamaya meylli maddələr ilə ticarət məkanlarına gedilməməlidir”.

Fuad

Xəbər 297 dəfə oxundu.