Ov mövsümü açıq elan edilib
2013-2014-cü illərin ov mövsümü 1 iyun tarixindən etibarən açıq elan edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentindən verilən xəbərə əsasən, Azərbaycan ərazisində 2013-2014-cü illərin ov mövsümündə vəhşi heyvanların ovlanmasının müddətləri və normaları təyin edilib.
Bununla əlaqədar vətəndaşları maraqlandıran əlavə məlumatların alınması və ov icazələrinin əldə edilməsi üçün aidiyyəti üzrə Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələrinə müraciət oluna bilər.

Xəbər 385 dəfə oxundu.