UEFA Avropa Liqasının bütün yarımfinalçıları məlum olub
Aprelin 12-də UEFA Avropa Liqasının dörddəbir final mərhələsinin cavab oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, Avstriyanın "Zalzburg” komandası doğma meydanda "Lazio" klubunu qəbul edib. Birinci görüşdə 4:2 hesabı ilə məğlub olan avstriyalılar bu məğlubiyyətin əvəzini çıxmaq üçün inamlı oyun nümayiş etdiriblər. İlk dəqiqələrdə irəli atılan meydan sahibləri dəfələrlə qonaqların qapısı qarşısında təhlükəli vəziyyət yaradıblar. Buna baxmayaraq 55-ci dəqiqədə əks hücum təşkil edən italyanlılar C.İmmobile sayəsində hesabda önə keçiblər - 0:1. Qoldan iki dəqiqə sonra meydan sahibləri hesabı bərabərləşdiriblər - 1:1 . Qarşılaşmanın 72,74 və 76-ci dəqiqələrində "Zalzburg" klubu üç dəfə fərqlənərək hesabı 4:1 çatdırıb. Ümumi hesabla "Zalzburg" klubu turnirdə mübarizəsini davam etdirir (6:5).
Digər görüşdə "Marsel" səfərdə 1:0 məğlubiyyətinin əvəzini çıxmaq üçün "Leypzig" klubunu qəbul edib. Hesabı qonaqlar erkən qolla 2-ci dəqiqədə açıblar, Bruma fərqlənib - 0:1. Qoldan dörd dəqiqə sonra meydan sahibləri hesabı bərabərləşdirməyə nain olublar, Bouna Sarr adını tabloya yazdırıb - 1:1 . Qarşılaşmanın 9-ci dəqiqəsində B.Sarr ikinci qolu qonaqların qapısından keçirib - 2:1 . Birinci hissənin əsas vaxtına altı dəqiqə qalmış meydan sahibləri hesab arasındaki fərqi iki topa çatırıblar, F.Tauvin fərqlənib - 3:1. Qarşılaşmanın 56-ci dəqiqəsində Augustin fərqlənərək hesabı minimuma endirib - 3:2 . Oyunun 60-ci dəqiqəsində Dimitri Player komandasının dördüncü topunu vurub - 4:2 . Son nöqtəni isə oyunun 89-ci dəqiqəsində H.Sakai qoydu -5:2 .
Ümumi hesabla fransızlar növbəti mərhələyə vəsiqə qazanıblar (5:3).
Turnirin favoriti sayılan Londonun "Arsenal" klubu Moskvada "CSKA"sı ilə heç-heçə edib - 2:2. Meydan sahiblərinin heyətində Çalov,Nababkin qonaqlarda isə Dani Velbek və Aron Remzi fərqləniblər.
Arsen Vengerin yetirmələri ümumi hesabla növbəti mərhələyə vəsiqə qazanıblar (6:3).
Madridin "Atletiko" klubu səfərdə Portuqaliyanın "Sportinq" klubunun qonağı olub . Oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0 .
Birinci görüşdə 2:0 hesablı qələbə sahəsində ispanlar yarımfinala vəsiqə qazanıblar.
Qeyd edək ki, yarımfinal mərhələsinin püşkatma mərasimi aprelin 13-də İsveçrənin Nyon şəhərində keçiriləcək.

Xəbər 150 dəfə oxundu.