Ekvadorun dövlət televiziyasında Prezident İlham Əliyev haqqında danışılıb
Tanınmış azərbaycanlı politoloq Mahir Qurbanov Ekvadorun “Nortvision” dövlət televiziyasında Prezident İlham Əliyev haqqında danışıb. Politoloq on dəqiqəlik müsahibədə Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətin uğurları haqqında məlumat verib. Eyni zamanda Azərbaycanın dünyada olan nüfuzu və gücü haqqında da danışılıb. Qeyd edilib ki, Cənubi Qafqazda güclü olan Azərbaycan artıq dünyada da öz sözünü deyən bir ölkədir. “Xalq Prezident İlham Əliyevi dəstəkləyir. Bu əsas amildir. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də Prezident İlham Əliyev böyük səylər göstərir” deyən politoloq Mahir Qurbanov bunu detallı şəkildə izah edir.
Qeyd edək ki, Barselona Dövlət Universitetinin məzunu olan Mahir Qurbanov “Voicepress.az” Beynəlxalq İnformasiya Bürosunun “Azərbaycan – İspaniya, İtaliya və Latın Amerikası Media Forumu” layihəsinin rəhbəridir. Onu da əlavə edək ki, Mahir Qurbanov 2011-ci ildə Prezident İlham Əliyevin Ekvador və Meksika nümayəndə heyəti ilə görüşündə ispan dili üzrə tərcüməçisi olub.

Müsahibəni aşağıdakı linkdən dinləmək mümkündür:

https://www.facebook.com/canalnortvision/videos/1679655808789430/

Fuad

Xəbər 413 dəfə oxundu.