“Sevilya” futbol klubunun yeni baş məşqçisi
İspaniyanın “Sevilya” futbol klubunun yeni baş məşqçisi bəlli olub. Apasport.az saytının məlumatına görə, Vinçentso Montella ilə yollarını ayıran Əndəlüs klubunun yeni çalışdırıcısı Xoakin Kaparros olacaq.
Bu barədə klub rəsmi açıqlama yayıb. 62 yaşlı mütəxəssis mövsümün sonuna kimi komandanı çalışdıracaq.
Qeyd edək ki, “Sevilya” 34 turdan sonra 48 xalla 7-ci pillədə qərarlaşıb.

Xəbər 222 dəfə oxundu.