“Dövlət Miqrasiya Xidmətində şəffaflıq təmin ediləcək”
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprakla görüşüb.
 
DMX-dan məlumata görə, görüşdə V. Hüseynov Xidmətin fəaliyyətinin bütün istiqamətlərinin ən mütərəqqi beynəlxalq təcrübəyə uyğun olaraq təkmilləşdirilməsi, şəffaflığın tam təmin edilməsi ilə bağlı konkret əməli addımların atılacağını açıqlayıb.

Görüşdə “Dövlət Miqrasiya Xidməti ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında Azərbaycandan miqrantların könüllü qayıdışına yardım üzrə pilot layihənin həyata keçirilməsinə dair Əməkdaşlıq Sazişi”nin icrası ilə bağlı məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
 
V. Hüseynov DMX-nın və Beynəlxalq Miqrasiya Təşkilatının ümumi maraq kəsb edən məsələlər üzrə müsbət və konstruktiv əlaqələrindən bəhs edib. 
 
BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri S. Aktoprak Azərbaycanın müvafiq dövlət qurumları, xüsusən DMX ilə səmərəli əməkdaşlıqdan təmsil etdiyi təşkilatın məmnun olduğunu ifadə edib. O bildirib ki, Azərbaycanda miqrasiya sahəsi üzrə məşğul olan dövlət qurumları çox diqqətli və proqressiv işlər görür.
Tural

Xəbər 97 dəfə oxundu.