“Heydər Əliyev bitib tükənməyən xəzinə, heç vaxt yenilməyən bir sərkərdə idi”
Xoşbəxt insanam ki, dahi rəhbər, böyük sərkərdə, müasir müstəqil Azərbaycanın memarı ümummilli lider Heydər Əliyevi yaxından görmək mənə də nəsib olub.
Bu sözləri Zaqatala şəhərindəki şəhid Zəfər Murtuzəliyev adına 1 nömrəli tam orta məktəbin direktoru, “Tərəqqi” medallı, Əməkdar Müəllim Fatma İsrafilova AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.
Ümummilli Liderin anadan olmasının 95-ci ildönümü münasibətilə dahi rəhbərin Zaqatalada ucaldılan abidəsini ziyarət edən Fatma İsrafilova Heydər Əliyevi ilk dəfə yaxından tələbəlik dövründə, 1971-ci ildə Nizami Gəncəviyə həsr olunmuş respublika tədbirində gördüyünü bildirib. Tale elə gətirib ki, 1998-ci ildə Azərbaycan Qadınlarının I Qurultayında dahi rəhbərlə birlikdə xatirə şəkli çəkdirən fəal qadınlar arasında Fatma xanım da olub. O, həmin fotonu ən qiymətli hədiyyə kimi böyük məhəbbətlə qoruyub saxlayır.
Ulu Öndəri Vətəninə, xalqına, torpağına, millətinə həyat verən günəşə bənzədən Fatma İsrafilova ürək sözlərini bu fikirlərlə tamamlayıb: “Heydər Əliyev bitib tükənməyən xəzinə, heç vaxt yenilməyən bir sərkərdə idi. Şükürlər olsun ki, o, Azərbaycana özü kimi siyasi davamçı, sərkərdə, Ali Baş Komandan bəxş etdi. İndi müstəqil Azərbaycan, xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə xoşbəxt gələcəyə doğru inamla irəliləyir”.


Mahmud

Xəbər 316 dəfə oxundu.