Ermənistanda konstitusiya böhranı
“Nikol Paşinyanın seçilməsindən sonra, erkən parlament seçkilərini keçirmək və ya Seçki Məcəlləsinə düzəliş etmək üçün heç bir imkan yoxdur” Erməni vəkil Akop Çaroyan Ermənistanın Konstitusiya və qanunlarına istinad edərək, ölkədaxili inkişafın təhlilini aparıb. O, ölkədəki gələcək gözləntilər barədə, qanunun Ermənistanın konstitusiya böhranının həlli üçün hansı imkanlara malik olduğunu araşdırmağa çalışıb.
Çaroyana görə, Nikol Paşinyan Baş nazir vəzifəsinə seçildikdən sonra fövqəladə parlament seçkilərini keçirə bilməz. Seçki Məcəlləsinə düzəlişlər edilməsinə gəldikdə isə vəkilin sözlərinə görə, bu da qeyri-mümkündür:” Ona görə ki, Ermənistan Konstitusiyasında iki ziddiyyətli variant mövcuddur. Belə ki, ölkə Konstitusiyasında 202-ci maddə mövcuddur ki, bu da yeni bir Konstitusiyanın qəbulu və ya mövcud olan dəyişikliklərin edilməsi imkanını aydın şəkildə müəyyənləşdirir. Orada qeyd edilib ki, deputatların ümumi sayının ən azı dörddə biri və səsvermə hüququna malik olan insanların əlli mini müvafiq təşəbbüs hüququna malikdirlər.
Onlar fövqəladə toplantı keçirə və Seçki Məcəlləsində dəyişiklikləri müzakirə edə biləcəklər. Bundan sonra isə referendumla Seçki Məcəlləsində dəyişikliklər etmək üçün 70 imza lazımdır.
Bu vəziyyətə əsasən, Seçki Məcəlləsində dəyişikliklər etmək Respublika Partiyası üçün zərər gətirə və 70 deputatın imzalarını toplamaq mümkün olmaya bilər"

Ağasəf Babayev

Xəbər 196 dəfə oxundu.