“Prezident məscidin söküldüyünü eşidəndə, bərk qəzəblənmişdi“
“Azərbaycan Prezidenti Bakıdakı Hacı Cavad məscidinin sökülməsinin əleyhinə olub, eşidəndə ki, ora sökülüb, bərk qəzəblənmişdi”.
 
Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.
 
A. Paşazadə qeyd edib ki, Prezidentin göstərişi ilə başqa yerdə dərhal yeni məscidin tikintisinə başlanılıb: “Çox şükür ki, Hacı Cavad məscidi bizə qaytarıldı. Prezidentimizə buna görə bütün dindarlar adından çox təşəkkür edirəm. Çünki məscidi sökmək olmaz, ora sınıq-salxaq olsa belə, sökmək olmaz. Şükür ki, prezidentimiz Hacı Cavad məscidini daha gözəl və geniş formada tikdirib dindarlara təhvil verdi”.
Tural

Xəbər 171 dəfə oxundu.