Qaxda indiyədək 600 hektardan çox sahədə tütün əkilib
Qax rayonunun təsərrüfatlarında tütün əkini başa çatmaq üzrədir. Cari mövsümdə rayonda 620 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Fermerlər indiyədək 594 hektar sahəyə “Virciniya” növlü ətirli, 15 hektara yerli tütün sortları olmaqla, ümumilikdə, 609 hektar sahəyə tütün şitilləri köçürüblər. Bu barədə Rayon İcra Hakimiyyətindən məlumat verilib. Ötən il qaxlı fermerlər 606 hektar sahədə tütün yetişdirib, 810 ton quru tütün istehsal ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 2,5 dəfə artıb.

Xəbər 70 dəfə oxundu.