Paşinyan Rusiya tərəfdarlarını ordudan uzaqlaşdırır
“Armenianreport.com”: “Soçidə Putinin qarşısında əyilib, öhdəlik götürən Paşinyanın belə bir addım atması təəccüblü görünür”

Artıq neçə müddətdir ki, baş nazir Nikol Paşinyan Serj Sarkisyan rejimindən miras qalmış “təhlükəli şəxslərin” işdən uzaqlaşdırılmasınnı davam etdirir. Belə ki, o, erməni ordusunun baş qərargah rəhbəri Movses Akopyanı istefaya göndərib. “Armenianreport.com”un verdiyi məlumata görə, Movses Akopyan Ermənistanın hərbi dairələrində Rusiyanın "beşinci kolon"unun nüfuzlu üzvü kimi tanınırdı:” Qeyd edilməlidir ki, erməni yazarlarının özlərinin də etirafına görə, David Tonoyanın Ermənistanın müdafiə naziri kimi gəlişindən sonra bu, gözlənilən idi. Əslində, Rusiyanın maraqlarına xidmət edən çoxsaylı və təsirli "beşinci kolon"un Ermənistanda fəaliyyətdə olduğu bu gün də heç kəs üçün sir deyil. Son illərdə erməni cəmiyyətində antirusiya əhval-ruhiyyənin artması, gözlənildiyi kimi, Moskvanı Ermənistanın əsas dövlət strukturlarında, ilk növbədə Müdafiə Nazirliyidə, ölkənin aparıcı KİV-lərində öz adamlarını yenləşdirməyə məcbur etmişdi.

“Aydındır ki, Moskva Paşinyanın bu addımına, Baş qərargah rəhbərinin işdən kənarlaşdırılmasına qəzəblənəcək. Çünki Rusiyanın erməni ordu sistemindəki kadrlarını itirməsi onu Ermənistan Silahlı Qüvvələrinin bütün sisteminə nəzarət etmək imkanından məhrum edə bilər. Yəqin ki, Rusiya bu olanları cavabsız qoymayacaq”

Təəssüf ki, yeni hakimiyyətlər, ümumiyyətlə , lüstrasiya haqqında heç bir şey bilmir. Əks halda, bütün ermənilər üçün də, neçə general, siyasətçi, deputat, jurnalist, yazıçı və oliqarxın Rusiyanın «beşinci kolon»u olması böyük bir sürpriz olardı. Yeri gəlmişkən, onlar sözdə erməni dövlətçiliyinin güclənməsini, İrəvanın müstəqil xarici siyasətini «müdafiə» etsələr də, amma əslində «Ermənistanın dövlət və milli maraqları» anlayışını "Rusiyanın dövlət və milli maraqlarına» çevirmək üçün hər şeyi həyata keçirirdilər. Onların bəzilərini, məsələn Movses Akopyanı çoxları Ermənistanın hərbi dairələrində Rusiyanın "beşinci kolon»unun «nüfuzlu» üzvü kimi tanıyırdılar. Hətta demək olar ki, erməni ordusundan Yuri Xaçaturov, Aykaz Baqmanyan və Tiqran Parvanyanın çıxarılmasından sonra Akopyan Baş Qərargahda sonuncu əsas rus “varlığı” olub. Qeyd edilməlidir ki, Movses Akopyandan əvvəl bu üç nəfər də məhz Rusiyanın əli ilə Baş Qərargaha yerləşdirilmişdilər. Lakin maraqlısı budur ki, hazırkı vəziyyət onların da öz postlarını itirdikdən sonra, «beşinci kolon»u tərk etmədiyini göstərdi. Çünki onlar istefaya göndərildikdən sonra da işsiz qalmadılar. Görünür, Moskvanın əlaltıları Ermənistanın hərbi dairələrində yaxşı işləmişdilər. Ancaq indi Akopyanın vəzifəsindən uzaqlaşdırılması qeyri-adekvat görünür. Axı Moskvanın tapşırığını həyata keçirənləri vəzifədən uzaqlaşdırmaq istəyən kimdir? Axı Soçidə Putinin qarşısında əyilib, öhdəlik götürən Paşinyanın belə bir addım atması da təəccüblü görünür. Lakin Baş qərargahda Movses Akopyanın qorunması yeni hökumət üçün son dərəcə təhlükəli hesab edilib. Çünki Rusiyaya işləyən Akopyan Ermənistanla NATO arasındakı yaxınlaşmaq cəhdlərinin qarşısını ala bilərdi.
Aydındır ki, Moskva Paşinyanın bu addımına, Baş qərargah rəhbərinin işdən kənarlaşdırılmasına qəzəblənəcək. Çünki Rusiyanın erməni ordu sistemindəki kadrlarını itirməsi onu Ermənistan Silahlı Qüvvələrinin bütün sisteminə nəzarət etmək imkanından məhrum edə bilər. Yəqin ki, Rusiya bu olanaları cavabsız qoymayacaq».
«ArmenianReport» saytının yazdığına görə, Paşinyanın bu addımı Ermənistanın Rusiyadan uzaqlaşaraq, sivil dünyaya- Avropa Birliyi və NATO-ya inteqrasiyasına təkan verə bilər.
Maraqlıdır ki, bəzi mütəxəssislər hazırda Rusiya ilə Ermənistanın yeni hökuməti arasında yaşananları, daha çox Moskvanın «günahı» kimi dəyərləndirirlər. Məsələn, Vaşinqtonda yerləşən «Brookinq» analitik mərkəzinin eksperti Pavel Bayev Kremli Ermənistandakı son hadisələrə «laqeyd» yanaşmaqda «ittiham» edir. Bayevə görə, Putin və onun ətrafı Ermənistanda yaşananların mənşəyinə diqqət yetirməməklə, səhv etdilər. Bu, Rusiya rəhbərliyi və Qafqazdakı çoxsaylı münaqişələrə qoşulan bütün digər qüvvələr üçün böyük bir sürpriz idi. Amerikalı analitik Serj Sarkisyanın istefasının da Moskva üçün bir şok olduğunu vurğulayıb.
İngiltərəli jurnalist Tomas de Vall isə Ermənistandakı olayları bu dövlətin artıq «Sovet düşüncəsindən uzaqlaşması və Moskvanı dünyanın mərkəzi kimi qəbul etməməsi» ilə əlaqələndirib.
Ağasəf Babayev

Xəbər 386 dəfə oxundu.