“Yerevan Azərbaycanın AİB-ə üzv olmasına qarşı çıxacaq”
Ermənistan Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olmasına qarşı çıxacaq. APA-nın xəbərinə görə, bunu Ermənistan XİN rəhbəri Zoqrab Mnatsakanyan Rusiyanın “Kommersant” nəşrinə müsahibəsində bildirib.
“AİB əməkdaşlıq təşkilatıdır, Azərbaycan isə hazırda Ermənistanı bloklayır və bizim əleyhimizə birtərəfli tədbirlər görür”, - deyə Z.Mnatsakanyan bildirib.
Qeyd edək ki, AİB 2015-ci ilin yanvarın 1-də Gömrük Birliyi və Vahid İqtisadi Məkan bazasında yaradılıb. Hazırda Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus və Ermənistan AİB-ə üzvdürlər.

Xəbər 81 dəfə oxundu.