Qazaxda çoxmənzilli binalar təmir olunur
Qazax rayonunda coxmənzilli binaların təmirinə başlanıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, cari ildə 85 coxmənzilli binada təmir işlərinin aparılması nəzərdə tutulub. Bu binalardan 74-nün dam örtüyünün dəyişdirilməsinə ehtiyac var. Hazırda 21 çoxmənzilli yaşayış binasında təmir işlərinə başlanılıb. Həmin binalarda işlər sürətlə davam etdirilir.
Ötən il rayonda 78 çoxmənzilli bina təmir olunub.

Xəbər 70 dəfə oxundu.