“TAP İtaliyanın gələcək inkişafı üçün fundamental əhəmiyyət kəsb edir“
Bakıda Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı Sammiti çərçivəsində "Enerji təhlükəsizliyi" paneli keçirilib
APA-nın xəbərinə görə, paneldə çıxış edən SOCAR-ın marketinq və biznesin inkişafı departamentinin rəhbəri Emil Qasımlı Cənub Qaz Dəhlizinə dair video-çarx təqdim edib. O əlavə edib ki, Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə bir neçə gün sonra ilk qaz Türkiyəyə çatdıralacaq və layihə qrafikə uyğun icra edilir.
İtaliyadan olan siyasi analitik Alberto De Santis vurğulayıb ki, İtaliya TAP layihəsində maraqlıdır: "Hər il 10 milyard kubmetr Azərbaycan qazının Avropaya ixracı nəzərdə tutulub. Bu marşrut Cənub Qaz Dəhlizini özündə ehtiva edir. Bu layihə Avropanın Xəzər dənizi və Yaxın Şərqə çıxışını təmin edəcək. Layihə ABŞ, Avropa tərəfindən dəstəklənir və Rusiya qazından azad olunma məqsədini daşıyır. Hər il 10 milyard kubmetr qaz qitədə qaz tələbatının 2,2 faizini təmin edəcək. İtaliya üçün TAP hələ ki Aralıq dəniz qaz habının təmin edilməsində böyük rol oynayır. Bu qərar Avropa tərəfdaşlarının marağına uyğundur. Layihə ilə bağlı daxildə olan şəbəkə, anbar imkanlarının artırılmasını planlaşdırmışıq".
O əlavə edib ki, İran və Türkmənistanın da qaz ehtiyatlarının Cənub Qaz Dəhlizinə daxil olması istisna olunmur: "Amma dünyada enerji şəbəkələrinə təcavüzlər olur. Ona görə bunu nəzərə almalıyıq. Bu, ilk növbədə Rusiya qazından asılılığa azad olmaqla bağlı məqsədlərə nail olmaq üçün uyğun layihədir".
O, bu yaxınlarda İtaliyada TAP-a qarşı sərt yanaşma nümayiş edilməsi məsələsinə də toxunub: "Hamı hesab edir ki, bu, İtaliyanın layihə ilə bağlı mövqeyinə zərər verə bilər. Hətta düşünürlər ki, bu məsələnin arxasında Rusiya durur. Amma TAP, Azərbaycan qazı İtaliyanın gələcək inkişafı üçün fundamental əhəmiyyət kəsb edir. Vəziyyətin necə inkişaf edəcəyinə baxacağıq. Yeni hakimiyyətin addımlarının necə olacağı önəmlidir, çünki bu böyük məsələdir".
Qazaxıstan və Rusiyada, qaz beynəlxalq təşkilatının hüquq məsləhətçisi Qəni Abadildinov ilk əvvəl Cənub Qaz Dəhlizinin reallaşması ilə bağlı Azərbaycanı təbrik edib: "Beynəlxalq təbii qaz təchizatçısına çevrilmək çox önəmlidir. Bu layihənin icrası ilə Xəzər dənizi və Mərkəzi Asiya ölkələrinin bu kluba qoşulmaq üçün imkanları yaranacaq".

Xəbər 144 dəfə oxundu.