Diaspor təşkilatı sədri jurnalistləri təltif edib
Niderland-Azərbaycan Evinin sədri Elxan Mirhəşimli tərəfindən bir qrup jurnalist dasporun inkişafında xidmətləri və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyilə bağlı xaricdə keçirilən tədbirləri işıqlandırdığına görə Fəxri fərmanla təltif olunub. Fəxri fərmanların təqdimatında Niderland-Azərbaycan Evinin sədri Elxan Mirhəşimli deyib ki, Azərbaycan diasporunun təbliğində və tanınmasında jurnalistlərin də xidməti var: "Diaspor üzvlərinin hər hansı müsahibə və xəbərinin KİV-də yayılması məsuliyyəti daha da artırır. Bu, həmçinin bizləri motivasiya edir. Diaspordan yazan jurnalistlər daha peşəkar və orijinal yanaşmalar ortaya qoyurlar. Bu səbəbdən də onların təkliflərinə diqqətlə yanaşmaq lazımdır".
Qeyd edək ki, Niderland-Azərbaycan Evinin sədri tərəfindən təltif olunan diaspor jurnalistləri bunlardır: "Olaylar" qəzetinin əməkdaşı Süleyman İsmayılbəyli, "Xalq cəbhəsi" qəzetinin əməkdaşı Əli Zülfüqaroğlu, "News12.az" saytının baş redaktoru Siyavuş Əmirli, AMEA Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri Elnur Eltürk, "Palitra" qəzetinin əməkdaşı Fuad Hüseynzadə. Bu jurnalistlər, eyni zamanda Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin İdarə heyətində təmsil olunurlar.

Əkbər

Xəbər 202 dəfə oxundu.