“Gürcüstan Azərbaycanın vergilər sahəsində təcrübəsinə maraq göstərir”
“Gürcüstan Azərbaycanla vergilər sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır”.
 
Bunu Azərbaycanın vergilər nazirinin müavini Sahib Ələkbərov Tbilisidə jurnalistlərə açıqlamasında deyib.
 
Nazir müavini Gürcüstanın yeni maliyyə naziri İvane Maçavariani ilə görüşdüyünü bildirib: “Görüş zamanı İvane Maçavariani Gürcüstanın Azərbaycanla vergilər sahəsində əməkdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb. Gürcüstanın vergilər sahəsində bir sıra maraqlı təcrübələri var. Azərbaycanın vergi orqanlarının fəaliyyəti Gürcüstan üçün də maraqlıdır. İki ölkə arasında vergilər sahəsində daima məlumat mübadiləsi həyata keçirilir və ikitərəfli münasibətlərdə sıx əməkdaşlıq mövcuddur”.
 
S. Ələkbərov qeyd edib ki, Azərbaycan və Gürcüstan arasında vergi orqanları arasında əməkdaşlıq gələcəkdə daha da  gücləndiriləcək.
Tural

Xəbər 113 dəfə oxundu.