“Sammitin effektivliyi Xəzərlə bağlı bütün danışıqlarda rekorddur”
“Qazaxıstanda Xəzər dənizinin statusu ilə bağlı Konvensiyanın və bir sıra hökumətlərarası sazişlərin imzalanması ilə nəticələnən sammitin effektivliyi Xəzərlə bağlı bütün danışıqlarda rekorddur.”
"RİA Novosti"nin məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

S.Lavrov deyib: "Beş ölkənin prezidentləri mətbuata verdikləri bəyanatlarda görüşün nəticələrinə ən yüksək qiymətlərini verdilər. "Tarixi" və "epoxal" hadisə ifadələri səsləndi. Bu, şişirdilmiş deyil. 22 il iş getdi, bu, sadə məsələ deyil. Başlanğıcda ziddiyyətli mövqelər var idi, dəniz, yoxsa göl... "
Nazirin sözlərinə görə, Aktau zirvəsində qəbul edilən Konvensiya Xəzər dənizinin hüquqi statusunu müəyyənləşdirdi və hələ həll edilməmiş məsələlərdə yekun razılıq üçün təməl qoydu.
S.Lavrov qeyd edib ki, bundan başqa, Konvensiya sayəsində "Xəzər dənizində əməkdaşlıqla bağlı istənilən məsələni nəzərdən keçirmək üçün tamamilə universal əsas" yarandı.
Rusiya XİN başçısı sammitin, həmçinin ticarət-iqtisadi əməkdaşlıq və nəqliyyat üzrə hökumətlərarası sazişlərin, Xəzərdə insidentlərin qarşısının alınması üzrə hökumətlərarası sazişin, terrorçuluqla mübarizə, terrorçuluğa qarşı mübarizə, mütəşəkkil cinayətkarlıq və sərhəd xidmətləri arasında əməkdaşlıq üzrə üç hökumətlərarası protokolun imzalanması baxımından da əhəmiyyətini vurğulayıb.

Xəbər 85 dəfə oxundu.