Türkiyə iqtisadiyyatının güclü olması Almaniya üçün önəmlidir
Avqustun 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, telefon danışığı zamanı iki ölkə arasında münasibətlərlə yanaşı, Suriya məsələsinə də toxunulub.
Angela Merkel Türkiyə iqtisadiyyatının güclü olmasının Almaniya üçün önəmli olduğunu bildirib.
Söhbət zamanı ikitərəfli əməkdaşlığın qarşılıqlı səfərlər və görüşlərlə daha da möhkəmləndirilməsinin vacibliyi ifadə edilib.

Xəbər 121 dəfə oxundu.