Ermənistanın ixracı bir ilə 13,1 faiz azalıb
Ermənistan Milli Statistika Xidmətinin yaydığı məlumata görə, cari ilin may ayı ərzində ölkənin xarici ticarət dövriyyəsi 444 milyon dollar təşkil edib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz azdır. Xidmətin məlumatında qeyd ediir ki, il başlayandan hər ay təxminən 2,3 faizlik azalma qeydə alınıb. Rəsmi məlumatda vurğulanır ki, 2012-ci ilin may ayı ilə müqayisədə cari ilin eyni dövründə ixrac 13,1 faiz azalıb. 2013-cü ilin may ayında idxal ötən ilin eyni dövrü ilə müqayisədə 7,6 faiz azalaraq 337,7 milyon dollar təşkil eib. Yanvar-may ayları ərzindəki dövrü müqayisə edəndə isə idxalda 2,6 faizlik geriləmə qeydə alınıb. Bu nəticələrə əsasən, cari ticarət balansındakı mənfi saldo 1 milyard 70 milyon dollar təşkil edib.
Anar

Xəbər 409 dəfə oxundu.