“Xəzərin statusu haqqında Konvensiyanın imzalanması tarixi hadisədir”
Mixail Boçarnikov: “Rusiya və Azərbaycan yaxın zamanlarda iri sənədlər zərfi imzalamağı planlaşdırır”

Rusiyanın Azərbaycandakı səfirliyinin yaxın müddət ərzində əsas hədəfi iki ölkənin dövlət başçıları arasında qurulmuş əlaqələrin praktiki məsələlərlə zənginləşdirilməsidir.

Bunu Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.
O bildirib ki, hazırda gündəlikdə regionlararası əməkdaşlıq forumunun təşkili, eləcə də hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi dayanır.
Səfir həmçinin bildirib ki, Rusiya ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə köməyini davam etdirməyə hazırdır. Diplomat qeyd edib: "Bizim məqsədimiz münaqişə tərəflərinə hərtərəfli kömək göstərməkdir ki, onlar öz aralarında razılığa gələ bilsinlər. Münaqişə tərəfləri üçün məqbul olan bizim üçün də məqbuldur".
Xəzər dənizinin statusu haqqında Konvensiyaya da toxunan səfir deyib ki, belə bir Konvensiyanın imzalanması tarixi hadisədir.
Səfirin sözlərinə görə, vacib amil ondan ibarətdir ki, bu Konvensiya ilk növbədə öz maraqlarını nəzərə alan beş müstəqil dövlət tərəfindən imzalanıb.
O həmçinin deyib ki, Rusiya və Azərbaycan yaxın zamanlarda iri sənədlər zərfi imzalamağı planlaşdırır. Səfir bildirib ki, paketə iqtisadi və humanitar sahələrdə əməkdaşlıq elementləri daxil olacaq.

Tural

Xəbər 74 dəfə oxundu.