Petro Poroşenko Ukrayna müsəlmanlarının vətənpərvər mövqeyini yüksək qiymətləndirib
Ukrayna Prezidenti Petro Poroşenko Qurban bayramı ilə əlaqədar ölkədə yaşayan müsəlmanları təbrik edib.
AZƏRTAC Ukrayna Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Petro Poroşenko Ukraynada yaşayan müsəlmanların ölkənin ictimai-siyasi həyatında və dövlətin suverenliyi uğrunda mübarizədə vətənpərvər mövqeyini yüksək qiymətləndirib. Habelə demokratik və firavan ölkədə yaşamaq üçün birgə səy göstərəcəklərini əlavə edib.

Xəbər 85 dəfə oxundu.