Bu ilin ilk yarısında Ermənistandan pul çıxarmaları artıb
Ermənistan Mərkəzi Bankının hesabatında bildirilir ki, 2018-ci ilin yanvar-iyun aylarında Ermənistandan xaricə pul köçürmələri 535 milyon 523 min ABŞ dolları təşkil edib.
Bankın məlumatına görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur. Belə ki, ötən ilin bu ərəfəsindəki göstərici 442 milyon 487 min dollar təşkil etmişdi. Maraqlıdır ki, yeni hökumət bu məbləğin əsas hisəsinin məxməri inqilab zamanı deyil, Respublika Partiyasının hakimiyyətdə olduğu dövürdə çıxarılması ilə özünə təsəlli verir.
Ermənistanın “Jохоvurd” nəşrinin verdiyi məlumata görə, bu ilin fevral ayında 99 milyon 178 min, martda 99 milyon 890 min, apreldə isə 93 milyon 726 min dollar ölkədən çıxarılıb.
Ağasəf

Xəbər 211 dəfə oxundu.