Ermənistanda hərbçilərin maaşları azaldıldı
Erməni zabitlərinin əmək haqqı dövlət məmurlarının əmək haqqı həddinə gətirilib.
Ermənistanın hakimiyyət orqanları dövlət qurumlarının maliyyələşdirilməsindəki problemi qurum heyətnin sayını azaltmaqda deyil, dövlət məmurlarının maaşlarını aşağı salmaqla həll etməyə çalışır. Bu barədə ermənilərin “İravunk” nəşri məlumat yayıb.
Qəzetin yazdığına görə, əmək haqqının azalması 40 faiz həddinə qədər endirilə bilər.
Qeyd edilir ki, maaşların azaldılması ordu zabitlərinə də şamil edilib. Belə ki, ordu məmurlarının əmək haqqı azldılaraq məmur maaşları səviyyəsinə qədər endirilib.
Erməni ekspertlər yeni hökuməntin bu addımını ölkənin üzləşdiyi maliyyə problemləri ilə əlaqələndirirlər.
Ağasəf

Xəbər 130 dəfə oxundu.