Azərbaycanı dünyada tanıtmaq vəzifəsi bugünkü gənclərin üzərinə düşür

Azərbaycanda ilk dəfədir diaspor gənclərinin yay düşərgəsi keçirilir. Gənclər və İdman Nazirliyi olaraq, biz bir neçə il əvvəl Almaniyanın Frankfurt şəhərində Avropanın diaspor gənclərinin forumunu keçirərək onları bir araya gətirdik. Mən çox şadam ki, bu sahədə yenidən canlanma var. Azərbaycanı Avropada, dünyada tanıtmaq, Azərbaycanın həqiqi mənada lobbiçiliyini yaratmaq çox vacib işdir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Şəkidə jurnalistlərə müsahibəsində söyləyib.
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının vacibliyini vurğulayan nazir deyib: “Azərbaycanın tarixi haqqında, işğal olunmuş torpaqlarımız barədə məlumatlar yalnız ölkəmizdə, Bakıda yayılmamalıdır. Bu həqiqətlər Avropaya, dünya ölkələrinə yayılmalıdır. Bunu isə bizim savadlı, bilikli gənclərimiz etməlidirlər. Azərbaycanı dünyada tanıtmaq vəzifəsi bugünkü gənclərin üzərinə düşür”.

Xəbər 106 dəfə oxundu.