“Rus rublunun devalvasiyası Ermənistana göndərilən pul köçürmələrinə mənfi təsir göstərəcək”

"Rusiya bazarında erməni mallarının qiymətləri rubl baxımından artacaq, çünki dram-rubl və ya rubl-dollar məzənnəsi dəyişirsə, bu, birmənalı olaraq, idxal olunan malların qiymətinin artmasına gətirib çıxarır. Bu da öz növbəsində, tələbatın azalmasına səbəb olacaq. Digər tərəfdən, nəzərə almalıyıq ki, dram-rubl məzənnəsinin dəyişməsi iqtisadiyyatın davranışına elə də çox tez təsir etmədiyindən istehlakçılar da buna dərhal reaksiya verməyəcəklər. Yəni bazarın yenidən nəzərdən keçirilməsi üçün müəyyən bir vaxt tələb olunacaq”. Bu fikirləri “1in.am” saytına erməni iqtisadçı Tadevos Avetisyan rus rublunun devalvasiyası və Ermənistan iqtisadiyyatı üçün mümkün nəticələr barədə danışarkən bildirib.
Avetisyan erməni ixracatçılarını "ənənəvi" bazarlarını itirməmək üçün qiymət dəyişikliyinə getməməyi məsləhət görür. Bunula yanaşı o, “bu cür şəraitdə alternativ bazarlara sahib olmağın vacibliyini də” onlara xatırladır.
Erməni iqtisdçı rus rublunun devalvasiyası nəticəsində Rusiyadan Ermənistana göndərilən pul köçürmələrinin də əhəmiyyətli dərəcədə azalacağını etiraf edib.
Ağasəf

Xəbər 83 dəfə oxundu.