“Real Madrid“ klubu səfərdə böyük hesablı qələbə qazanıb

Avqustun 26-da İspaniya La Liqasının ikinci turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, maraqla gözlənilən oyunlardan biri "Estadi Montilivi" stadionunda keçirilib. "Jirona" "Real Madrid" klubunu qəbul edib. Qarşılaşma Madrid təmsilçilərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. "Kral" klubunun heyətində Serxio Ramos (onbirmetrlik), Kərim Benzema (2) və Qaret Beyl, "Jirona"nın heyətində isə Borja Qarsiya fərqləniblər.
Günün digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
Xetafe" - "Eybar" - 2:0
"Leqanes" - "Real Sosyedad " - 2:2
"Deportivo Alaves" - "Real Betis" - 0:0
"Atletiko Madrid" - "Rayo Valekano" - 1:0
"Real Valyadolid" - "Barselona" - 0:1
"Espanyol" - "Valensiya" - 2:0
"Sevilya" - "Vilyareal" - 0:0.
Qeyd edək ki, İspaniya La Liqasının ikinci turuna avqustun 27-də keçiriləcək "Levante" - "Selta Viqo" və "Atletik Bilbao" - "Huyeska" oyunları ilə yekun vurulacaq.

Xəbər 73 dəfə oxundu.