Tramp onu 52 faiz amerikalının dəstəklədiyini bəyan edib
ABŞ prezidenti Donald Tramp iddia edir ki, ali dövlət postunda fəaliyyətini 52 faiz amerikalı dəstəkləyir.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Tramp özünün Twitter səhifəsində yazıb.
“Respublika partiyasında sevimli (ümidvaram) prezidentinizi 90 faiz, ölkə üzrə isə 52 faiz dəstəkləyən var”, - deyə o əlavə edib.
Tramp həmçinin bildirib ki, bu nəticəni o, “yalançı KİV-lərin” onu pis tərəfdən göstərmək cəhdlərinə rəğmən əldə edib.

Xəbər 59 dəfə oxundu.