Berlin Türkiyədəki alman banklarına nəzarəti gücləndirir

Almaniyanın maliyyə sektoruna nəzarət üzrə federal idarəsi (BaFin) Türkiyədə əməliyyatlar aparan alman banklarının işinə daha sərt nəzarət edəcək.
AZƏRTAC Almaniya maliyyə bazarlarının “Börsen-Zeitung” qəzetinə istinadla xəbər verir ki,, maliyyə təsisatları öz fəaliyyəti barədə müntəzəm surətdə, həftədə bir neçə dəfə AFR-in nəzarət orqanı qarşısında hesabat verəcəklər. Bu qayda onlarca banka şamil edilə bilər.
BaFin bu məlumatı hələlik şərh etməyib.

Xəbər 54 dəfə oxundu.