Neymar “Real”a keçməyə razılıq verib
Braziliya millisinin və Fransanın “PSG” klubunun hücumçusu Neymar “Real Madrid”ə keçməyə razılıq verib. “Football Espana” nəşri xəbər verir ki, “Real” Madridın rəhbərliyi 26 yaşlı braziliyalı ilə müqavilənin şərtlərini razılaşdırıb. Futbolçunun Madrid klubuna keçidi 2019-cu ilin yayında nəzərdə tutulur. Transfer miqdarı futbol tarixində rekord məbləğə - 300 milyon avroya reallaşacaq. Madrid klubunun prezidenti Florentino Peres hesab edir ki, Kriştianu Ronaldonun “Yuventus” klubuna keçidindən sonra portuqalıyalını komandada əvəzləməyi bacaran bir hücumçu lazımdır. Neymar 2017-ci ildə İspaniyanın “Barselona” klubundan “PSG”-yə futbol tarixində rekord məbləğə (222 milyon avro) keçmişdi. Keçən mövsüm braziliyalı 30 oyunda 28 qol vurub və 16 məhsuldar ötürmə edib.

Xəbər 89 dəfə oxundu.