Sualtı ovçuluq üzrə açıq Azərbaycan çempionatı keçiriləcək

Sentyabrın 1-2-də Bakıda sualtı ovçuluq üzrə açıq Azərbaycan çempionatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) və Bakı Sualtı Ovçular Klubunun dəstəyi ilə təşkil olunacaq çempionatda yüzdən çox idmançı mübarizə aparacaq.
İkigünlük yarışlar çərçivəsində, həmçinin Azərbaycanda dayvinq və s. idman növlərinin inkişafı ilə bağlı mühazirələr də dinləniləcək. Bundan başqa, çempionatda azyaşlı iştirakçılar və azarkeşlər üçün müxtəlif müsabiqə və viktorinalar təşkil ediləcək. Çempionatın tamaşaçıları üçün əyləncəli proqramlar da tərtib olunacaq.

Xəbər 158 dəfə oxundu.