Finlandiya NATO ilə əməkdaşlığı genişləndirmək arzusundadır

Finlandiyanın xarici işlər naziri Timo Soyni ölkəsinin NATO ilə əməkdaşlığının vacibliyini vurğulayıb.

AZƏRTAC xəbər verir ki, Timo Soyninin sözlərinə görə, NATO Avropanın təhlükəsizliyi üçün əhəmiyyətli rol oynayır və məhz bu baxımdan Finlandiya sözügedən qurumla əməkdaşlıqda maraqlıdır.
Xarici işlər naziri deyib ki, Finlandiya NATO-ya üzv olmadan da onunla əməkdaşlıq edə bilər.

Xəbər 61 dəfə oxundu.