“Tottenhem“ səfərdə “Mançester Yunayted“-ə üç cavabsız top vurub

İngiltərə Premyer Liqasının üçüncü turuna yekun vurulub.
AZƏRTAC xəbər verir ki, "Old Traford" stadionunda keçirilən qarşılaşmada meydan sahibi "Mançester Yunayted" "Tottenhem" klubunu qəbul edib. İlk dəqiqələrdən hər iki komandanın təhlükəli vəziyyətlərinə baxmayaraq birinci hissədə hesab dəyişilməyib.
Fasilədən sonra daha üstün oyun nümayiş etdirən London təmsilçisi hesabı açıb. Belə ki, matçın 50-ci dəqiqəsində Kiran Trepyerin künc ötürməsini "Tottenhem" klubunun əsas qol silahı sayılan Hari Keyn dəqiq baş zərbəsi ilə tamamlayıb - 1:0. Qoldan sonra irəli atılan Joze Mourinyonun yetirmələri qarşılaşmanın 52-ci dəqiqəsində qapısında növbəti qolu görüblər. Lukas Maura fərdi ustalıqı sahəsində hesab arasındakı fərqi iki topa çatdırıb – 2:0.
Bu, oyunda son qol olmayıb. "Qırmızı şeytan"ları əks hücumda yaxalayan Maurisiyo Pereqrinin yetirmələri oyunun 84-ci dəqiqəsində hesabı artırıb. Lukas Maura özünün ikinci komandasının üçüncü topun vuraraq adını tabloya yazdırıb – 3:0.
Mançester şəhərinin təmsilçisinin oyunun sonuna kimi bir neçə əlverişli vəziyyətlər yaratsa da, "Tottenhem" klubunun müdafiəsini keçmək mümkün olmayıb. Beləliklə, görüş "Tottenhem" klubunun 3:0 hesabı ilə qələbəsi ilə başa çatıb
Qeyd edək ki, bu komandalar arasında ilk oyun 1899-ci ilə təsadüf edir. Həmin görüşdə hər iki komanda heç-heçəyə razı olublar 1:1. Ümumilikdə isə hər iki komandalar İngiltərə Premyer Liqasında bu vaxta kimi 154 dəfə qarşılaşıblar, 78 oyunda “Mançester Yunayted”, 37 görüşdə isə “Tottenhem” klubu qalib gəlib. Otuz doqquz oyun isə heç-heçə başa çatıb.
“Mançester Yunayted” klubu Mançester şəhərinin dəmiryol fəhlələri tərəfindən 1878-ci ildə “Newton Heath FK” adı altında yaradılıb. Klubun ilk rəngləri yaşıl və qızılı olub. 1892-ci ildə klub Futbol liqasına daxil olur və dəmiryol stansiyasından ayrılaraq müstəqil fəaliyyətə başlayır. Komanda 1902-ci ildə 2500 funt-sterlinqdən çox borcla iflas həddinə çatır. Klubu iflasdan yerli pivə istehsalçısı Con Henri Deyvis xilas edir. O, komandanın yeni prezidenti olur. Həmin ildə klubun adı dəyişdirərək “Mançester Yunayted” olur. Eyni zamanda, klubun forma rəngləri yaşıl-qızılıdan, qırmızı-ağa dəyişdirilir. “Mançester Yunayted” 20 dəfə İngiltərə Premyer Liqasının, üç dəfə UEFA Çempionlar Liqasının, bir dəfə UEFA Super kubokunun, 11 dəfə İngiltərə FA kubokunu və beş dəfə İngiltərə kubokunun qalibidir. Klubun tarixində ən çox qol vuran oyunçusu İngiltərə millisinin sabit hücumçusu Uyen Runidi. O, 559 oyuna 253 qol vurub. Ən çox oyun keçirən oyunçu isə Rayan Qiqsdı (963 oyun).

“Tottenhem Hotspur” futbol klubu 1882-ci ildə All Hallows kilsəsinin İncil sinfinin qrammatika bölməsindəki tələbələr tərəfindən yaradılmışdı. Bu tələbələr, eyni zamanda, “Hotspur Kriket” klubunun üzvləri idi. 1884-cü ildə klub “London Hotspur” klubu ilə birləşərək “Tottenhem Football and Athletic club” adlandırıldı. “Tottenhem” İngiltərədə 1960/1961-ci illər mövsümündə həm İngiltərə Liqasını, həm də İngiltərə kubokunu qazanmağı bacarmış ilk komandadır. Həmçinin 1963-cü ildə Kuboklar Kubokunu Avropada qazanan ilk ingilis komandası olub. “Tottenhem” ikiqat İngiltərə Premyer Liqasının qalibidir. Klub, həmçinin səkkiz dəfə İngiltərə Federasiya kubokunu, dörd dəfə İngiltərə kubokunu, yeddi dəfə İngiltərə Super kubokunu və iki dəfə UEFA Avropa Liqasının qalibi olub.

Xəbər 124 dəfə oxundu.