“Qalatasaray“ keçmiş futbolçusunu qaytardı
Türkiyəni Çempionlar Liqasında təmsil edəcək "Qalatasaray" transfer fəaliyyətini davam etdirir. "Sarı-qırmızılar" "Stok Siti"nin yarımmüdafiəçisi Badu Ndiayeni heyətinə cəlb edib. 27 yaşlı futbolçu İstanbul klubunda icarə əsasında çıxış edəcək. Müqavilənin müddəti 1 illikdir. "Qalatasaray" bu keçid üçün heç bir məbləğ ödəməyib.
Qeyd edək ki, Seneqal millisinin üzvü bu ilin yanvarında "Qalatasaray"dan 17 milyon avro qarşılığında "Stok Siti"yə keçmişdi.

Xəbər 119 dəfə oxundu.