Borussiya Alkaseri gətirir
Barselonanın futbolçusu Pako Alkaser yaxın 2 gün ərzində tibbi müayinədən keçərək Dortmund Borussiyasına qoşulacaq. Bu barədə Calciomercato məlumat verib. Dortmundlular onun icarəsi üçün 2,5 milyon avro ödəyəcəklər. Bundan başqa müqavilədə 23 milyon avroya forvardı tam transfer etmə bəndi də var.
Bundan əlavə alman klubu iki əsas futbolçusuyla vidalaşmaq qərarına gəlib. Transfer pəncərəsinin sonuna qədər Kaqava və Nuri Şahin Borussiyadan ayrılacaqlar. Baş məşqçi Lüsyen Favr onları əsas heyətdə görmür.Belə ki, onları hazırda yeni transferlər Dileyni və Aksel Vitsel əvəz edir.
Nurinin hazırki müqaviləsi 2019-cu, Kaqavanınlı isə 2020-ci ildə başa çatır.

Xəbər 55 dəfə oxundu.