Ermənistandan Rusiyaya qadağa
Ermənistan Rusiyadan ət məhsullarının idxalına qadağa qoyub. Bu barədə Ermənistanın Dövlət Ərzaq Təhlükəsizliyi Xidmətinin bəyanatına istinadən TASS məlumat verib.
Verilən məlumata görə, ölkənin Yeyinti Məhsullarının Dövlət Təhlükəsizlik Xidməti bu gündən Rusiyanın bir neçə regionundan donuz əti idxalına müvəqqəti məhdudiyyət tətbiq edib. "Avqustun 28-dən Rusiyadan donuz əti və ət məhsullarının, eləcə də quş, quş əti məhsulları və yumurtanın idxalı müvəqqəti dayandırılıb". Bunlar xidmətin saytında yerləşdirilib.
Dövlət xidmətinin məlumatına görə, qərar Heyvanların Sağlamlığının Mühafizəsi üzrə Ümumdünya Təşkilatının məlumatları əsasında qəbul edilib.
Xatırladaq ki, bir müddət bundan əvvəl, dəqiq desək iyulun 16-da Avropa Birliyi də Rusiyadan quş ətinin və ət məhsullarının tədarükünə müvəqqəti məhdudiyyətlər qoyub.
Ağasəf

Xəbər 107 dəfə oxundu.