Türkiyəli pilot ABŞ-da ‘‘F-35’’ tәyyarәsində ilk uçuşunu hәyata keçirib
Türkiyəli pilot ABŞ-dakı tәlim uçuşları çәrçivәsindә ‘‘F-35’’ tipli döyüş tәyyarәsi ilә ilk uçuşunu hәyata keçirib. TRT xəbər verir ki, bu barәdә Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargahı mәlumat yayıb. Mәlumatda ilk uçuşun avqustun 28-dә hәyata keçirildiyi vurğulanıb. Xatırladaq ki, F-35 proqramı çәrçivәsindә ilk tәyyarәnin tәhvili iyun ayında ‘‘Teksas-Fort Worth’’ da hәyata keçirilmişdi. Amma sonradan ABŞ təyyarələrin Türkiyəyə verilməsini təxirə salıb. Qeyd edәk ki, Türkiyә mәrhәlәli olaraq 100 әdәd ‘‘F-35’’ tipli döyüş tәyyarәsi almağı planlaşdırır.

Xəbər 66 dəfə oxundu.