Turizm İspaniyada iş yerlərinin əsas mənbəyidir
Turizm sektoru İspaniyada iş yerlərinin sayına görə əvvəlki lideri – tikinti sektorunu geridə qoyaraq bu göstərici üzrə ölkədə birinci yeri tutur. Hazırda İspaniyada işləyən əhalinin 75,5 faizi xidmətlər sahəsində çalışır. AZƏRTAC xəbər verir ki, 2018-ci ilin baharında bu ölkədə turizm sahəsində işləyənlərin sayı 2,65 milyondan çox olub. Bu, ölkənin əmək qabiliyyətli əhalisinin ümumi sayının (19,3 milyon) 13,7 faizi deməkdir. Onlardan təxminən 2,17 milyon nəfəri muzdlu işçilər və 484 min nəfəri özəl podratçılardır. Lakin turizm sahəsində əməkhaqqı durğunluq vəziyyətindədir. Belə ki, tikinti sahəsinin işçiləri orta hesabla saatda 11,73 avro qazandıqları halda qonaqpərvərlik sahəsinin əməkçiləri saatda 9,32 avro alıblar. İspaniyada ən çox turist qəbul edən Kataloniya eyni zamanda turizm sahəsi işçilərinin sayının ən yüksək olduğu bölgədir. Bu regionun təxminən 458 min sakini turizm sahəsində məşğuldur.

Xəbər 56 dəfə oxundu.