Monteneqro mediasında azərbaycanlı diaspor üzvünün müsahibəsi dərc olunub
Azərbaycan – Monteneqro Mədəni və İqtisadi Mərkəzinin direktoru Seyran Mirzəzadənin Monteneqronun “Pobjeda” qəzetində müsahibəsi dərc olunub. Seyran Mirzəzadə müsahibədə Azərbaycan-Monteneqro əlaqələrinin möhkəm təməllər üzərində qurulduğunu və böyük potensiala malik olduğunu deyib. Monteneqroda fəaliyyət göstərən Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin məqsəd və vəzifələri haqqında geniş məlumat verib. Azərbaycan mədəniyyətinin təbliği məqsədilə bir sıra sənədli və bədii filmlərin Monteneqro dilinə tərcümə olunaraq nümayiş etdirildiyini, Novruz bayramı, idman turnirləri, elmi konfransların təşkil edildiyini bildirib. İqtisadi sahədə də potensial imkanların olduğunu, mərkəzin bütün sahələrdə, xüsusilə də mədəni və iqtisadi sahədə əməkdaşlığın daha genişləndirilməsi və dərinləşdirilməsi üçün körpü rolunu oynamağa çalışdığını qeyd edib. İki ölkə arasında münasibətlərin səmimi dostluğa əsaslandığını vurğulayıb. Monteneqronun Azərbaycan turistləri üçün sevimli turizm istiqamətlərindən birinə çevrildiyini və turizm əlaqələrinin inkişaf etdiyini bildirib.

Fuad Hüseynzadə

Xəbər 548 dəfə oxundu.