Melburnun qərbində yerləşən kimyəvi zavodda yanğın baş verib

Avstraliyanın Melburn şəhərinin qərbində yerləşən kimyəvi zavodda yanğın baş verib.
AZƏRTAC ABC telekanalına istinadla xəbər verir ki, yanğının söndürülməsinə 120 nəfər canlı qüvvə və 30 yanğınsöndürən maşın cəlb edilib.
Zavodun anbarında yerləşən asetilin və asetonla dolu qablar partlamaqda davam edir. Yanğının baş verdiyi ərazidəki məktəblərin fəaliyyəti dayandırılıb, yerli sakinlərə zəhərli qazdan qorunmaq üçün evlərin pəncərələrini açmamaq tövsiyə olunub.

Xəbər 70 dəfə oxundu.