“Ronaldonun “Yuventus“a keçidi ilə bağlı qərarını başa düşmədim“
UEFA-nın sabiq prezidenti Mişel Platini "Yuventus"un futbolçusu Kriştiano Ronaldo haqda açıqlama verib.
O, portuqaliyalı hücumçunun "Real"dan Turin klubuna keçməsi ilə bağlı verdiyi qərarı başa düşmədiyini deyib: "Kriştianonun "Yuventus"a transferini anlamadım. "Real" kimi bir klubda 3 il dalbadal Çempionlar Liqasının kubokunu qazanan 33 yaşlı bir futbolçu yeni macəra axtarması bir az qəribədir. Mən 32 yaşında ikən yorulub, futboldan getmişdim. Ronaldonun qərarını başa düşmədim".
Qeyd edək ki, Ronaldo bu yay "Yuventus"la 4 illik müqavilə imzalayıb.

Xəbər 79 dəfə oxundu.