“Real Madrid” klubu Mariano Diazı transfer edib
İspaniyanın “Real Madrid” klubu Fransanın “Lion” komandasının hücumçusu Mariano Diazı transfer edib.
AZƏRTAC xəbər verir ki, 25 yaşlı futbolçu ilə beşillik müqavilə imzalanacaq.
M.Diaz 2011-2016-cı ilə qədər Madrid təmsilçilərinin gənclərdən ibarət komandasının heyətində çıxış edib. O, “Kral” klubunun əsas heyətində 2016/2017-ci il mövsümündə 14 oyuna beş qolla yadda qalmışdı. 2017-ci ildə 8 milyon avroya Fransanın “Lion” klubuna keçən dominikanlı bombardir yenidən Madridə 30 milyon avroya transfer edilib.
Keçən mövsüm Mariano Fransa çempionatında 34 oyuna 18 qol vurub.

Xəbər 254 dəfə oxundu.