Luka Modriç 2017-2018-ci il mövsümünün ən yaxşı futbolçusu seçilib

Avqustun 30-da UEFA Çempionlar Liqasının püşkatma mərasimindən sonra ilin ən yaxşı futbolçusunun adı açıqlanıb.
AZƏRTAC xəbər verir ki, UEFA bu nominasiya üzrə qalib olaraq Xorvatiya milli komandasının və İspaniyanın “Real Madrid” klubunun yarımmüdafiəçisi Luka Modriçi seçib.
Ən yaxşı qapıçı adına İspaniyanın “Real Madrid” klubunda çıxış edən Keylor Navas layiq görülüb.
Onun komanda yoldaşları Serxio Ramos ən yaxşı müdafiəçi adına sahib olub. Ötən mövsüm “Real Madrid”in formasını geyən, yeni mövsümdən isə “Yuventus”a keçid edən Kriştiano Ronaldo ən yaxşı hücumçu nominasiyasında qalib elan ediliblər.
Qadın futbolçular arasında ən yaxşı oyunçu nominasiyasının qalibi isə Danimarka millisinin və Almaniyanın “Volfsburq” komandasının üzvü Pernille Harder seçilib.

Xəbər 93 dəfə oxundu.