Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində irəliləyiş var
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində irəliləyiş var.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə İtaliyanın xarici işlər naziri Enzo Moavero-Milanezi ATƏT-in Daimi Şurasının iclasında çıxışı zamanı deyib.
İtaliya xarici siyasət idarəsinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, nazir, hər iki ölkədə seçkilərin keçirilməsinə baxmayaraq, Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində irəliləyişin olduğunu qeyd edib.
Nazir həmçinin bildirib ki, ATƏT Şərq və Qərb arasında konstruktiv dialoq üçün meydan olmalıdır.
Qeyd edək ki, münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları nəticəsində başlayıb. Dağlıq Qarabağ və ətraf yeddi rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar və o dövrdən bəri ATƏT Minsk qrupunun himayəsində və Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki uğursuz sülh danışıqları davam etdirilir.
BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi barədə dörd qətnamə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.

Xəbər 93 dəfə oxundu.