“Ermənistanın Xaçaturovu əvəzləməsi onun suveren hüququdur”
“Bu günlər KTMT-də Ermənistanın kvotasının qorunması problemi erməni və rus mətbuatının diqqət mərkəzindədir. Bundan başqa, əgər erməni ekspertləri Xaçaturovun indiki postundan kənarlaşdırıldıqdan sonra onun yerinə yeni bir erməninin namizədliyinin irəli sürülməsini tələb edirlərsə, artıq rus ekspert və analitikləri KTMT-nin növbəti baş katibinin Belarus təmsilçisi olacağına qərar veriblər. Maraqlıdır ki, bu söhbətlər Belarus prezidenti Aleksandr Lukaşenkonun son müsahibəsindən sonra daha da aktuallaşmaqdadır. Belə ki. Belarus rəhbəri açıq şəkildə hələ ilk gündən erməni Xaçaturovun bu vəzifəyə təyinatının əleyhinə olduğunu gizlətməyib”.
Ermənilərin “1in.am” saytının yazdığına görə, “məsələ buradadır ki, Ermənistan 2017-ci ildə üç il müddətinə KTMT-də Baş katibliyinə namizəd göstərmək hüququnu təmin etsə də, təşkilatın sabiq keçmiş baş katibi Nikolay Bordyuja Ermənistana qarşı haqsızlıq edərək bir il ərzində ofisindən imtina etməyib. Buna baxmayaraq, bir sıra digər yüksək vəzifəli məmurlarla birlikdə Ermənistanın konstitusiya nizamnaməsini pozmaqda ittiham olunan Yuri Xaçaturovu başqa bir namizədlə əvəz etməklə, hələ də iki il bu vəzifəni tutma hüququna malikdir”.
Təbii ki, bu, erməni rəsmilərinin istəyi ilə müşahidə edilən mövqeyləridir. Görən, bəs, bunula bağlı ekspertlər nə deyir? Məsələn, rusiyalı hərbi ekspert Aleksandr Xramçixin Ermənistanın təşkilatda kontingentini saxlaya bilməyəcəyini və idarəçiliyin Belarusa keçəcəyini istsna etmir.
Burada hər şeyin Moskvanın istəyindən asılı olduğunu bildirən erməni ekspert Ruben Mehrabyan: “əgər Moskva erməni-rus münasibətlərində problem yaratmaq istəmirsə, bu halda Belarusun namizədliyinə etiraz etməlidir”. Kvotanın 2020-ci ilə qədər Ermənistana verildiyini xatırladan erməni ekspert Ermənistanın Xaçaturovun əvəzinə Poqosu və ya Petrosu irəli sürməyə suveren hüququ olduğunu bildirib: "Bəli, Xaçaturov geri çağırılmalı, 2020-ci ilə qədər onun yerinə Ermənistanın qanuni orqanları tərəfindən təklif edilmiş bir şəxs təyin edilməlidir. Bu, ryni zamanda, hörmət edilməli olan Ermənistanın suveren hüququdur ".
Ağasəf

Xəbər 100 dəfə oxundu.