“1in.am”:”Sabiq rəhbərlik məsuliyyətsiz idi ”

“Sabiq hökumətin, demək olar ki, bütün yüksək rütbəli rəsmilərinin və onlarla əlaqəli olan insanların müxtəlif cinayət işləri ortaya çıxmaqdadır
. Son iki gündə Ovik Abramyan və onun qardaşı, sabiq polis rəisi Alik Sarkisyan, sabiq nazir və mer Qaqik Beyləryan, ümumıyyətlə, Serj Sarkisyanla əlaqəli olan xeyli insan müxtəlif faktlar üzrə cinayət məsuliyyətinə cəlb ediliblər. Maraqlıdır ki, onların sayı günü-gündən artmaqdadır. Artıq bu gün Ermənistanda sabiqlərin əksəriyyəti Damokl qılıncı altında oturduqlarını anlamağa başlayıblar”.
Ermənilərin “1in.am” saytının iddiasına görə, “əlbəttə ki, bu hallar bu günə qədər "təhlükəli yumruq" kimi real məsuliyyətdən daha çox görünür, lakin burada bir şey aydındır ki, Nikol Paşinyan vəziyyəti açıq şəkildə təqdim edib. Onun sözlərinə görə, bu gün məqsəd həbsxananı insanlarla doldurmaq deyil, əsl məqsəd dövlət və cəmiyyətdən oğurlanmış milyonların qaytarılmasıdır. Lakin erməni cəmiyyətindəki yüksək səviyyəli sabiq səlahiyyətlilər hələ də belə “səmimi” təklifə reksiya vermək istəmirlər. Belə görünür ki onlar dirənişdə hələ də israrlıdılar. Ümumiyyətlə, bu insanlar illər boyu cəmiyyət və dövlət üçün ortaya çıxan qaçınılmaz riskləri heç vaxt ciddiyə almayıblar ki, bu da sabiq rəhbərliyin məsuliyyətsizliyindən, böyük ölçüdə reallıq halına gəlib”.
Təbii ki, burada məsuliyyətsiz rəhbər kini, şübhəsiz, Serş Sarkisyan nəzərdə tutulub və belə görünür ki, artıq “mühakimə olunmaq” növbəsi Ermənistanın sabiq prezidentinə çatmaqdadır. Başqa bi qism ekspetlərin rəyinə görə, əsl məqsəd Rusiya tərəfdarlarını sıradan çıxarmaqdır.
Ağasəf Babayev

Xəbər 170 dəfə oxundu.