Litva prezidenti: Avropa Türkiyədən üz döndərə bilməz

Avropa İttifaqı Türkiyədən üz döndərə bilməz.

Bu fikri Litva prezidenti Dalya Qribauskayte ölkəsində səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirilən görüşdən sonra söyləyib. O bildirib ki, Türkiyə ilə münasibətləri normallaşdırmaq vacibdir və bu addım Avropanın miqrasiya və terrorla mübarizəsində əvəzolunmazdır.
Dalya Qribauskayte Türkiyəni Avropa üçün ticarət, təhlükəsizlik və miqrasiya məsələlərində mühüm tərəfdaş adlandırıb.
Prezidentin fikirlərinə dəstək olaraq Litva xarici işlər naziri Linas Linkeviçius “Türkiyə həmişə Litva üçün sadiq tərəfdaş olacaq, əksini demək düzgün olmazdı” açıqlamasını verib.

Xəbər 155 dəfə oxundu.