“Real”da Ronaldudan sonra 7 nömrəni geyinəcək futbolçunun adı məlum oldu
Fransanın “Lion” klubundan transfer edilən Mariano Dias 7 nömrəli formanı geyinəcək. Trend-in məlumatına görə, daha əvvəllər kral klubunda 7 nömrəli formanı Kops, Amansio, Xuanito, Butragenyo və Raul geyinib.
25 yaşlı dominikanlı futbolçu “Real”ın yetişdirməsidir.
Xatırladaq ki, Mariano ötən mövsüm “Lion”da 37 oyuna 18 qol vurub və 5 məhsuldar ötürmə verib.

Xəbər 66 dəfə oxundu.