Erməni polislər orqanı tərk edirlər
Onlar “bu məvaciblə ailə saxlaya bilmirik” deyirlər

Ermənilərin “Past” nəşri ölkədə sistemdən çıxmaq istəyən polislərin sayının kəskin şəkildə artdığı barədə məlumat yayıb: "Bizim əldə etdiyimiz məlumata görə, polis rəisi Valeri Osipyan şəxsən özü müxtəlif polis strukturlarını gəzərək, polis sistemindən istefa vermək istəyən polisləri fikirlərindən daşındırmağa çalışıb”.
Qəzet iddia eir ki, polislərin total şəkildə sistemi tərk etmək istəmələrinin əsas səbəbi aldıqları əməkhaqları ilə bağlıdır. Belə ki, hazırda erməni polisinin aylıq məvacibi, özlərinin dediyinə görə. ailəni saxlamağa belə, kifayət etmir: “Yeri gəlmişkən, bu vəziyyətin ən təəccüblü təzahürü isə bir zamanlar əksər erməni gəncinin arzusunda olduğu yol polisində indi onların işləmək istəməməsidir”.
Gələn il də polisin əmək haqqının artırılmasının nəzərdə tutulmadığını qeyd edən erməni nəşri bunun ölkənin polis sistemində böyük narahlıq yaratdığını bildirib: “Polis rəisi Osipyan isə tabeliyində olan polıslərə ümidlər verərək onları sistemdən ayrılmamağa çağırır”.

Ağasəf


Xəbər 178 dəfə oxundu.