Ukraynanın Avropa İttifaqı ölkələrinə məhsul ixracatı 42 faizə çatıb

Ukraynanın Avropa İttifaqı ölkələri ilə xarici ticarəti 42 faizə çatıb.

AZƏRTAC xəbər verir ki, bunu Ukrayna Prezidenti Petro Poroşenko açıqlamasında bildirib.
Poroşenkonun sözlərinə görə, 2018-ci ilin birinci yarısında Ukrayna Avropa İttifaqı ölkələrinə 11,2 milyard dollar həcmində məhsul ixrac edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyard dollar çoxdur.
“Biz Ukraynanın Avropa İttifaqına inteqrasiyası üçün həm iqtisadi-ticarət, həmçinin siyasi əməkdaşlığı dərinləşdirəcəyik. Hakimiyyətin qarşısında əsas hədəf Ukraynanı Avropa İttifaqına tamhüquqlu üzv etməkdir”, - deyə Poroşenko əlavə edib.

Xəbər 67 dəfə oxundu.