Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması Avropaya yük daşımalarını sürətləndirməyə imkan verəcək

Qərbi Avropa bazarlarını Asiya istehsalçıları ilə birləşdirəcək beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasını ən perspektivli layihələrdən biri hesab edirik. Bu dəhliz Cənubi Asiya və Yaxın Şərqdən İran vasitəsilə Avropaya yük daşımalarını xeyli sürətləndirməyə imkan verəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının Prezidenti Vladimir Putin sentyabrın 1-də Soçidə mətbuata bəyanatında bildirib.
“Bu arteriyanın ümumi uzunluğu 7 min kilometrdən artıqdır. Buraya dərmir yolu, bərə və avtomobil nəqliyyatı yolları daxildir. Həm də Şimal-Cənub dəhlizinin xeyli hissəsi Rusiya və Azərbaycan ərazisindən keçəcək. Qeyd edim ki, marşrutun ayrı-ayrı hissələri üzrə iş artıq aparılır. Gələn il ölkələrimiz Samur sərhəd çayı üzərindən körpünün tikintisini başa çatdırmaq niyyətindədir”,- deyə Prezident Vladimir Putin vurğulayıb.

Xəbər 90 dəfə oxundu.